Kod Saatı
Bizim Kod Saatı proyekti gənc dostlarımıza əyləncəli üsullarda kodlaşdırma məntiqini
aşılamağı hədəfləyirdi. Bu komanda işinin həyata keçirilməsi üçün biz komanda üzvlərimiz
ilə birgə Zoom platforması üzərindən əlaqə saxladıq. Code.org səhifəsindən keçəcəyimiz
dərsi müəyyənləşdirərkən hansı dərsin uşaqlara daha maraqlı gələ biləcəyini, hansı dərsdəki
simanın uşaqlara daha tanış ola biləcəyini rəhbər tutaraq Minecraft obrazının uşaqlarda
daha effektiv təsir bağışlayacağı qənaətinə gəldik. Bundan sonra dərsin gedişini hissələrə
ayırdıq və kimin hansı məsələləri izah edəcəyini qabaqcadan müəyyənləşdirdik. Uşaqlar
Nihatın məzun olduğu liseyin 5-ci və 6-cı sinifləri arasında könüllülük prinsipi əsasında
seçildi. Dərs üçün hər kəsə uyğun olan vaxt seçməyə çalışdıq. Belə ki həftənin 6-cı günü uşaqlar
üçün qoşulma imkanı cəhətdən daha rahat olar deyə düşündük. Həmçinin vaxt intervalından dolayı
uşaqların bir hissəsinin oruc olması ehtimalını nəzərə alaraq dərsin iftar vaxtına təsadüf
etməməsini diqqətdə saxladıq.
Dərs 1 May tarixinə təsadüf etdi. Dərsin gedişi təsviri analiz və qarşılıqlı informasiya
müdadiləsinə əsaslandı. Şagirdlər əvvəlcədən müəyyən olunmuş vaxtda Zoom platforması üzərindən
dərsə qoşuldular. Şagird sayı 34 nəfər idi. Dərsin giriş hissəsində ADA Universiteti haqda uşaqlara
məlumat verildi, onların universitetlə bağlı sualları cavablandırıldı. Bu hissə dil imkanları nəzərə
alınaraq Nihat və Hüseyn tərəfindən icra edildi. Dərsin gedişi Minecraft bölümündən olan məsələlərin
həllinə əsaslandı. İlk olaraq Alkim ilk 4 məsələni uşaqlarla birgə həll etdi. Alkim uşaqlar üçün daha
anlaşıqlı olması üçün türk dilindən istifadə etdi ki bu da uşaqlar tərəfindən müsbət qarşılandı. Növbəti
hissədə Nihat digər 4 məsələni şagirdlərin köməyi ilə həll etməyə çalışdı. Zoomun "uzaqdan idarə etmə"
funksiyasından istifadə etməklə şagirdlərə kodu özləri yazmalarına imkan verildi. Hətta bir gənc dostumuz
- Ayxan 5-ci məsələni tamamilə özü həll etməyə müvəffəq oldu. Sonrakı mərhələdə Hüseyn daha 4 məsələni
uşaqlarla birgə həll etdi. Dərsin sonunda uşaqlara bi tipli layihələrdə iştirak edib etmədikləri soruşuldu.
Onlara online sorğu göndərilərək orda qapalı və açıq suallara cavab vermələri istənildi. Müəyyən texniki
səbəblərdən dolayı 34 nəfər şagirddən 30 nəfəri sonda qalmışdı və bu 30 nəfər sorğuda iştirak edərək bu
layihələrin informativ olması, kodlaşdırmanı yorulmadan və əyləncəli bir şəkildə öyrətməyə kömək etməsini
təqdiqlədilər. Onlar bu tipli layihələri tez-tez etmək istədiklərini bildirdilər.
Sonda gənc dostlarımızla şəkil çəkdirdik. Onlara dərslərində və gələcək həyatlarına uğurlar arzuladıq.
Dərsin gedişi maraqlı olduğu üçün 1 saatdan 15 dəqiqə çox çəkdi.
Tədbir haqqında video baxa bilərsiz.
Vebsayt Layihəsi
Saytın düzəldilməsi qrup işinə əsaslanır. Belə ki, fundamental bililləri əldə etmək və sayt tərtibatı üçün
lazım olan HTML, CSS və JavaScript kurslarını CodeAcademy-də bitirmək tamamlamaq, bundan sonra isə tam
olaraq fəalliyətə başlamaq lazım idi. Bunun üçün biz qrup olaraq Zoom onlayn danışıq platforması üzərindən
əlaqəyə keçərək ilk öncə hər bir qrup üzvünün müəyyənləşdirəcəyimiz vaxta kimi kursları keçməli olduğu
qənaətinə gəldik. Tapşırığın həll olunma müddəti tətil vaxtlarına təsadüf etdiyindən tətilin səmərəli
keçirilməsi və vaxtda qazanmaq məqsədi ilə biz tətilin sonuna kimi hər bir iştirakçının ən azı vacib olan
2 kursu(HTML və CSS) bitirməli olduğunu yekdilliklə qəbul etdik. Növbəti həftədən isə sayt üzərində
işləməyə başlayacaqdıq.
Növbəti həftədən etibarən isə sayt üzərində fokuslandıq. Onlayn mühitdə daha yaxşı əməkdaşlıq edə
bilməyimiz üçün GitHubda hesab açmaq, orda öz AZCoders qrupumuzu yaratmaq və sayt üçün lazım olacaq
hər bir faylı ora yükləmək haqda qərar aldıq. İlkin olaraq saytın necə görünəcəyini müəyyən etdik, sonra
işləri hissələrə bölüb hər bir komanda üzvünə müəyyən işlər ayırdıq.
Saytın tərtib olunması zamanı həm HTML, həm CSS, həm də JavaScriptdən istifadə olundu. Saytın hər bir
səhifəsi 3 dildə - ingilis, azərbaycan və türk dillərində hazırlandı ki, daha çox istifadəçi üçün
anlaşılan olsun. İlk olaraq birinci açılacaq səhifəni HTML ilə Hüseyn hazır edərək GitHuba yüklədi,
həmin səhifəyə dekorasiya hissəsini css və javascript dillərinin köməyi ilə Nihat yerinə yetirdi.
Hüseyn həmçinin ilk səhifəyə video əlavə elədi. Sonra biz kənar səhifələri tərtib etdik. Özümüz haqda
məlumatları əlavə edərək onu gözəl bir şəkildə dekorasiya etməyə çalışdıq. Alkim, Nihat və Hüseyn
özləri haqda müəlumatı və şəkilləri əlavə elədilər. Nihat bu məlumatları türk və azərbaycan dillərinə
tərcümə etdi. Hüseyn özümüz haqda yazdığımız səhifəni css ilə zənginləşdirərkən Alkim özü haqda
məlumatı türk dilinə tərcümədə Nihata kömək göstərdi. Bundan sonra isə biz Lahiyələrimiz olan səhifəni
düzəltməyə başladıq. Bu hissədə isə Hour of Code və hazırkı sayt tərrib etmək haqda olan layihələrimizi
əlavə elədik. Hour of Code Nihat tərəfindən HTMLdə yazılaraq Hüseyn tərəfindən CSS və JavaScript ilə
dekorasiya edildi. Hüseyn saytın tərtib edilməsi hissəni yazdı və Nihat bu hissəyə CSS və JavaScriptdən
istifadə edərək dekorasiya verdi. Layihələr hər üç komanda üzvü tərəsindən müxtəlif dillərə tərcümə edildi.
Son olaraq lazımi CSS və JavaScript hissələri Hüseyn və Nihat tərəfindən təkmilləşdirildi. Bütün bu
prosedur ərzində təkmilləşdirmələr mütəmadi olaraq GitHuba yükləndi. Sonda saytın loqosu hər üç komanda
üzvünün rəyi əsasında formalaşdırılaraq sayta əlavə olundu.
Bu cür layihələrin təşəbbüskarı və birbaşa motivatoru, ADA Universitetinin professoru Araz Yusubova çox minnətdarıq! Ümid edirik ki, bu cür layihələr gənc beyinlərin düzgün formalaşmasında əvəzsiz rol oynayacaqdır! 🙂